İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.08.2017  11:54 

“Sabun köpüyü kimi şişmiş ekspertlər özlərini reklam edir” – DİM-dən sərt İTTİHAM





A+  A-

Hal-hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam edir. İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam edəcək.
Bu haqda Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər.
"Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir.
Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən “sabun köpüyü kimi şişmiş ekspertlər” özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər.

Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünki bu iş həmin “ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan “tələm-tələsik”, “yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir".
DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırır:

"Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8 saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib".

Xəbər 914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +