İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.07.2017  18:19 

Bu dondurmaları almayın - Nazirlikdən xəbərdarlıq





A+  A-

İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq məhsulları bazarına nəzarət gücləndirilib.
XəzərNews.az-a daxil olan məlumata görə, nazirlik tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilmiş və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülüb. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:

-“AER Company Qrup” MMC-nin istehsal etdiyi“Çudo” şokoladlı, “AER” plombir şokoladlı, “AER” plombir vanilli, “Yasif” plombir və “Melisa”; -“Band Milk” MMC-nin istehsal etdiyi “Nostalji” plombir, “Briket-krem brule” və vafli stəkanda olan qaymaqlı-şokoladlı; -fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir, “Panda” südlü, “Meçta” şokoladlı plombir, “Arktika” şokoladlı plombir, “Tanqo” şokoladlı və “Tanqo” cemli; -fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi “Mono Quality” badamlı, “Bakı gecələri” plombir, “Armada”, “Eskimo Yoloçka”, “Yeni şəhər” plombir; -“S.A.B.A. Şirkəti” MMC-nin istehsal etdiyi “İçəri şəhər” qəhvəyi, “İçəri şəhər” qəhvəli, “Pristij” çiyələkli, “Pristij” qozlu, “Əsl” plombir; -“A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “AER Company Qrup” MMC-yə məxsus “Çudo” şokoladlı, “AER” plombir şokoladlı və “AER” plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir və “Panda” südlü dondurmalarında mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “AER Company Qrup” MMC,“Band Milk” MMC, “S.A.B.A. Şirkəti” MMC, “A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərəngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib

Xəbər 1299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +