İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.07.2017  14:28 

“O vaxt təxribat etdilər…” - Natiq Kərimov





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” təşkilatının üzvü Zülfüqar Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ifadə verib.

N. Kərimov Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı insidentlə bağlı danışaraq həmin vaxt baş verənlərin əleyhinə olduğunu deyib: "Həmin vaxt da, indi də polislə qarşıdurmaya gedilməsinin əleyhinə olmuşam. Polis haqlı və ya haqsız olaraq bir şəxsi saxlayıbsa, bunu ancaq danışıqla aydınlaşdırmaq olar. Mən o vaxt da demişdim ki, polisə müqavimət göstərmək, onunla qarşıdurmaya getmək qətiyyən olmaz. Kim gedib polisin əlindən zorla adam ala bilər? O vaxt provakasiya etdilər. Həmin şəxslər belə hadisələrin baş verməsinə səbəb oldular".

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Xəbər 766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +