İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.06.2017  19:14 

Elman Nəsirov: “Onlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışırlar“





A+  A-

"Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir. Başqa bir həqiqət isə ondan ibarətdir müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər".
XəzərNews.az bildirir ki, bu barədə açıqlamanı Azadinform-a Milli Məclisin deputatı Elman Nəsirov verib.
E.Nəsirov bildirib ki, bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər: "Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlər ilə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir. Məhkəmənin də qərarı bəllidir. Ə.Muxtarlı ilə bağlı Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və Qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanmış və barəsində həbs qəti imkan tədbiri seçilmişdir. İkincisi, Ə. Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azətbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur. İlkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir. Xüsusən də “Azadlıq radiosu”nun bu məsələlərlə bağlı məndən aldığı müsahibədə fikirlərim təhrif olunub. Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib".

Xəbər 1664 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +