İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.06.2017  10:07 

Kütləvi zəhərlənmədən yeni XƏBƏR var: Bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb





A+  A-

“Sumqayıtda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqlardan 50 nəfər müalicəsini davam etdirir”.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin bildirdiyinə görə, uşaqlarda işləmə və qusma mövsümlə əlaqəlidir:

“Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlar tut, gilas yeyib, üstündən soyuq su içdiklərini deyir. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümü xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər”.

N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər Xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib.
“Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Onların həyatı üçün heç bir təhlükə yoxdur”.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev Modern.az-a bildirib ki, evə yazılan uşaqlardan bəziləri yenidən xəstəxanaya qayıdıb, həmçinin yeni müraciət edənlər də var:

“Ona görə də xəstəxanda olan uşaqların sayı tez-tez dəyişir”.

Mərkəz rəsmisi deyib ki, sudan götürülən analizlərin nəticəsinin bu gün axşam açıqlanacağı gözlənilir:

“Nəcis və qusuntu materiallarından götürlən analizlərin cavabı isə yəqin ki sabaha bəlli olacaq”.

Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 130-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.
( Modern.az)


Xəbər 865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +