İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.05.2017  21:28 

Azərbaycanda 5 ayın gəlini yoxa çıxdı - Əmisi oğlu ilə evli idi...





A+  A-

Rusiya vətəndaşı olan azərbaycanlı Əhmədova Xəzəl Fərman qızı Dağıstanda yoxa çıxıb.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, 23 yaşlı xanım may ayının 8-də itkin düşüb.

Yaxınları onun İŞİD terror qruplaşmasına qoşulmasından şübhələnirlər. Belə ki, kiçik yaşlarından Rusiyada yaşayan X.Əhmədova son illər fanatik dərəcədə dinə meyil göstərməyə başlayıb. Onun Rusiya mühitinə uyğun olmayan tərzdə geyinməsi, yəni qapanması valideynlərini narahat edib və ərə vermək qərarına gəliblər.

Narahatlığa səbəb İŞİD terror qruplaşmasının Rusiyada gəncləri müəyyən vasitələrlə öz torlarına salmasıdır. Hazırda bu qruplaşmaya qoşulmaq üçün ölkəni tərk edən yüzlərlə Rusiya vətəndaşı axtarılır.

Xəzəli qısa müddət ərzində əmisi oğlu ilə nişanlayıb Azərbaycana – ata nənəsinin yanına göndəriblər. 8 dekabr 2016-cı ildə cütlüyün toy mərasimi baş tutub.

Beş ayın gəlini Rusiya vətəndaşı olduğundan yaxın qohumlarının müşayiəti ilə sənəd işlərini səhmana salmaq üçün Dağıstana gedib. Avtovağzalda tualetə getmək adı ilə yanındakı insanlardan ayrılıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının ehtimalına görə, adıçəkilən qruplaşma Xəzəli yenidən öz sıralarına qaytarmaq üçün yollar axtarıb tapıb və sonda buna nail olub.

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən Əhmədova Xəzəlin valideynləri Xoşqədəm Hidayətqızının "Bizə danış” proqramına da üz tutublar. Qızına qovuşmaq ümidi ilə Saratovdan Bakıya üz tutan ana, dünən efir vasitəsilə qızına müraciət edərək geri qayıtması üçün yalvarıb.

Qeyd edək ki, itkin düşmüş Əhmədova Xəzəl Fərman qızı 05.02.1994-cü il tarixində Naxçıvan MR-da anadan olub. 2 yaşından valideynləri ilə bərabər Rusiyanın Saratov vilayətində yaşayıb.

Xəbər 1203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +