İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.05.2017  10:43 

İyunun 11-də keçiriləcək ikinci sınaq imtahanına yazılış başladı





A+  A-

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də ikinci sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara yeni test kitabçası təqdim olunacaq.
İmtahanların ölkənin 11 şəhər və rayonunda olmaqla, 63 imtahan binasında təşkil olunması nəzərdə tutulub. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 35 200 yer ayrılıb.
İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.
Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İyunun 11-də keçiriləcək sınaq imtahanına qeydiyyat 6 iyun saat 10:00-dək aparılacaq.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq "Sınaq imtahanı" ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçən istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Xatırladaq ki, mayın 27-də keçiriləcək ilk sınaq imtahanına da yazılış davam edir. Abituriyentlər DİM-in saytının “Sınaq imtahanına yazılış” bölməsində imtahan keçiriləcək bina və yerlərlə tanış ola bilərlər.
İyunun 11-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək. “Azərbaycan dili” imtahanında iştirak etməli olan abituriyentlər sınaq imtahanına yazılmamalıdırlar.

Xəbər 824 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +