İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.05.2017  15:32 

Eldar Mahmudovun “sağ əli”nin oğlu mediadan niyə gizlədilir





A+  A-

Eldar Mahmudovun avtomobil biznesini idarə edən Dəmir Abdullayevin MTN-də işləmiş oğlu Mehman Abdullayevin cinayət işi məhkəməyə göndərilib.
Məlumata görə, “MTN işi” ilə bağlı bütün məhkəmələr medianın diqqətində olsa da, bu şəxsin istintaqı və məhkəmə prosesi haqda demək olar ki, heç nə yazılmayıb.

Belə ki, M.Abdullayevin cinayət işi üzrə istintaq ötən ilin oktyabr ayının sonunda yekunlaşıb və noyabrın 4-də iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

M.Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

M.Abdullayev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda; bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.2-ci (eyni əməllər silah tətbiq olunmaqla törədildikdə) və 341.2.3-cü (eyni əməllər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, uzun müddət maşın alveri ilə məşğul olan D.Abdullayev daha sonra Eldar Mahmudova məxsus "Kristal Motors" maşın satışı mərkəzinə rəhbərlik edib. Mərkəz Azərbaycanda ən bahalı maşınlar olan "Yaquar" və "Rənc Rover" avtomobillərinin satışını həyata keçirib.

(qafqazinfo.az)

Xəbər 739 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +