İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.05.2017  11:54 

MTN generalının müsadirə olunmuş əmlakı - SİYAHI





A+  A-

Ləğv edilmiş MTN-nin növbəti dəstəsi, general Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.

General Elçin Quliyevə məxsus əmlaklar:

90 TT 757 nömrəli “Mercedes BENZ GL 500” - 105 min manat
90 HH 757 nömrəli “Mercedes BENZ C200” - 64 min manat
Mərdəkan qəsəbəsində bağ sahəsi - 172 min manat
Ceyranbatan qəsəbəsində torpaq sahəsi - 27 min 500 manat
Nabranda torpaq sahəsi - 12 min manat

İntihar edən polkovnik İlqar Əliyevə məxsus əmlaklar:

Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa - 798 min manat
Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi - 180 min manat
N.Nərimanov prospektində obyekt - 418 min manat
Nabranda 6 sot torpaq - 12 min manat
Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri - 12 min 400 manat
Mərdəkan qəsəbəsində bağ evi - 192 min manat
Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi - 21 min manat
Göyçay şəhərində daşınmaz əmlak - 114 min manat
Göyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi - 7200 manat

E.Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.

Qeyd edək ki, general –mayor E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev 2015-ci il dekabrın 20-də təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

(qafqazinfo.az)

Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +