İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.04.2017  14:30 

Ukraynadakı səfirimizdən şikayət - 19 gün keçib, bir nəfər zəng edib maraqlanmayıb





A+  A-

Ukraynada oğurlanan yük maşınları ilə bağlı Azərbaycanın Baş Prokurorluğuna və Xarici İşlər Nazirliyinə müraciətlər olunub.
XəzərNews.az bildirir ki, bu barədə məlumatı BakiPost.az-a oğurlanan Azərbaycana məxsus yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən "Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev verib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı Ukraynadakı səfirliyimiz heç bir addım atmadığına görə, məcbur qalıb başqa instansiyalara müraciət ediblər: "Bizim şirkətin maşını martın 8-də yoxa çıxıb. Lakin biz gec bilmişik. Biləndən sonra bir neçə yerə müraciət etdik. Aprel ayının 6-da da Azərbaycanın Ukraynadakı səfirliyinə, səfir Azər Xudiyevə rəsmi müraciət ünvanladıq. Rəsmi şəkildə elektron poçtlarına da göndərdik. Lakin üstündən 19 gün keçib, bir nəfər belə zəng edib maraqlanmayıb. Son 1 həftədir, onlara zəng eləmirəm, amma ondan əvvəlki 11 gün ərzində səhərimi səfirliklə açmışam, gecəmi də onlarla bağlamışam”.

İş adamı bildirib ki, səfirliyə 2 dəfə şirkətin nümayəndəsini göndərsə də, qapıdan içəri buraxmayıblar: "Cənab prezident Azər Xudiyevi ora göndərib ki, Ukraynada vətəndaşlarımızın problemləri ilə məşğul olsun. Nümayəndəmizi və özümüzü qəbul etməmələri bir yana, maillərimə cavab da verməyiblər. Biz investisiyalı bir şirkətik, vətəndaşıq. Hörmət əlaməti olaraq nəsə cavab verə bilərlər axı. Çağırıb problemi dinləmək əvəzinə, heç telefonlara da normal cavab vermirlər. Orada bir qardaş var, götürür telefonu, deyir ki, müəllim, sizə zəng edəcəklər. Vəssalam. Mən səfirliyə rəsmi şəkildə və anlaşılan dildə müraciət etmişəm. Bunlar isə bizi saymırlar”.

Şirkət rəhbərinin sözlərinə görə, məsələ ilə bağlı Baş Prokurorluğa məlumat verilib, səfirlə bağlı isə Xarici İşlər Nazirliyinə şifahi şəkildə şikayət edilib: "Baş Prokurorluğa yazdıq, Xarici İşlər Nazirliyinə müraciət etdik. Xarici İşlər Nazirliyinə zəng elədik, oradan xahiş etdilər ki, məsələni mediaya çıxarmayaq. Amma onlardan da bir cavab çıxmadı”.

S. Sarıyev yük maşınının oğurlanması ilə şirkətinə 42 min 600 dollar məbləğində ziyan dəydiyini də açıqlayıb.

Xatırladaq ki, son günlər Ukraynada içərisində Azərbaycanın "Azərsun Holding”, "Veysəloğlu”, "Dapna LTD”, "Epidomed” və digər şirkətlərinə məxsus yüklərin olduğu 20-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Maşınlarda olan yüklərin hər birinin maddi dəyəri 200-300 min ABŞ dolları həcmində qiymətləndirilir. Hadisə ilə bağlı Ukraynada hələ də heç bir hüquqi ölçü götürülməyib.

Xəbər 922 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +