İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.04.2017  16:24 

Diasporun müraciətinə Ukraynadan CAVAB: “Onların buna ixtiyarı yoxdur“





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) bu ölkənin Zaparojye Vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma erməni soyqırımının ildönümü ilə bağlı müraciətinə etirazı Ukrayna mediasında və ictimai-siyasi dairələrində ciddi müzakirəyə səbəb olub.
XəzərNews.az xəbər verir ki, bu müzakirələr Ukrayna parlamentinin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Maksim Kuryaçiyin öz facebook səhifəsində yazdığı statusdan sonra qızışıb. Belə ki, Maksim Kuryaçiyin Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma erməni soyqırımı müraciətinə etirazı Ukrayna mətbuatında da geniş yer verilib.

O qeyd edib ki, 2017-ci il 6 aprel tarixində Zaparojye Vilayəti Şurası tərəfindən Ali Radaya qondarma erməni soyqırımının tanınması haqda müraciət daxil olub: “Bununla əlaqədar olaraq Azərbaycan Milli Məclisi ilə işçi qrupunun rəhbəri kimi mənə bir çox insanlar müraciət edir, bu mövzuda rəsmi açıqlama və ya şərh verməyimi istəyirlər. O cümlədən bu məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da mənə müraciət edib. Bu kimi məsələlər çox mürəkkəbdir, insanlarda həyacan yaradır. Bu məsələ ədalətli olaraq Azərbaycan və Türkiyənin diplomatik strukturlarını narahat edir. Ukraynada heç bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur. Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur. Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

M.Kuryaçiy bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır”.

Deputatın fikrincə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlar ilə üz-üzə qoymağa çalışırlar: “Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz şəkildə tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər”.

Xatırladaq ki, dünən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunin sədri Hikmət Cavadovun adından məsələ ilə bağlı Ali Radanın sədri Andrey Parubiyə və Ukrayna parlamentinin Azərbaycan üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyə müraciət edilib. H.Cavadov Maksim Kuryaçiy ilə telefon görüşməsində bu məsələnin nəzarətdə saxlanılmasını xahiş edib. UABD sədri bildirib ki, belə bir məsələnin parlamentdə müzakirəsinin Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirəcək, əlaqələrə zərbə vuracaq.

Xəbər 2030 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +