İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.04.2017  22:35 

Müəllimlər maaşları ilə dərs hissə müdirininin kreditini ödəyir - VİDEO





A+  A-

Sabirabad rayon Kovlar kəndində qəribə hadisə olub.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, müəllim həmkarına əl tutub və başını bəlaya salıb. Adına kredit götürüb ona verdiyinə görə rayon sakini indi bütün maaşı banka ödənir. Kreditə götürülmüş pulu xərcləyən müəllim borcu ödəmədiyindən həmin şəxs çarəsiz qalıb. Sonradan ona məlum olub ki, borcu ödəməyən müəllim onun kimi 20-dən çox həmkarının adına kredit götürüb.
Bir neçə müəllim yoldaşının adından kredit götürüb. Borclar ödənmədiyindən bank müəllimlərin maaşından tutur.
Sabirabad rayon Kovlar kəndində müəllim işləyən Qulu Məmmədov 2015-ci ildə tanıdığı həmkarı, rayonun Qəzli kənd məktəbinin dərs hissə müdiri Zəka Cabbarova bankların birindən öz adına 3000 manat kredit götürüb verib. Onun dediyinə görə Zəka Cabbarov həmin kreditin bir neçə ayını ödəsə də, sonradan ödənişi dayandırıb və məhkəminin qərarı ilə borc Qulu Məmmədovun aylıq əmək haqqından tutulmağa başlayıb.
Qulu Məmmədov iddia edir ki, həmin şəxs bir neçə nəfərə belə ziyan vurub. Müəllim yoldaşlarını aldadaraq adlarına kredit götürüb. Artıq vəziyyətlə baglı polisə də müraciət ediblər.
3 ildir əmək haqqı ala bilmiyən müəllimlər deyir ki, Zəka Cabbarov onlar kimi 20-dən çox müəllimi ehtiyacı oldugunu bildirərək aldadıb. Zəka Cabbarov kredit aldıgını təstiq etsə də müəllim yoldaşlarını aldatmadıgını deyir, bildirir ki sadəcə ödənişlərdə gecikmə olub.
Zəka Cabbarov həmin borcu geri ödəyəcəyini bildirərək dələduz adlandırılmasını dogru hesab etmir.
Başlarına gələn bu hadisədən sonra kredit borcu olan müəllimlər məhkəməyə müraciət edəcək.


Xəbər 1871 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +