İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.04.2017  13:54 

Milli Məclisdə həkimlərin xəstələri aldatması müzakirə olundu





A+  A-

“Bəzən həkimlər tərəfindən xəstələrə müalicə üçün lazım olan əsas preparatların yazılması, əsas müalicənin aparılması kənarda qalır, amma 2-3-cü dərəcəli preparatların xəstələrə yazılması ön plana çıxır. Məsələ ondadır ki, bu preparatların qiyməti əsas dərmanların qiymətindən çox baha olur”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, həkimlərin dərman sayılmayan bioloji aktiv maddələrdən istifadə etməsinin əleyhinə deyillər.

“Lakin söhbət ondan gedir ki, bunun arxasında başqa məqsədlər dayanır. Xəstə müalicə olunmaq üçün həkim yanına gəlir. Həkim deyir ki, səni müalicə edəcəyəm, amma xəstə müalicə edildikdən 2 il sonra həkim yanına təkrar gəlir və görür ki, onun bədənində metostazlar var. Belə hallar az deyil”.

Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmədiyini bildirib.

Deputat bildirib ki, dünyada bu gün vitamin preparatlarının əksəriyyəti, antibiotik xəstəyə resepetsiz verilməz:
“Lakin xəstəyə ehtiyac olduğu təqdirdə vitamin azlığına görə, multivitamin kompleksi verilir. Bu da bioloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər təcrübəli şəkildə fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu, sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq”.

Deputat deyib ki, son illərdə xəstə haqlarının qorunması ilə bağlı məsələlər çox gündəmə gətirilir. Xəstə, həkim və tibb işçilərinin hüquqlarının qorunması balanslı şəkildə həyata keçirilməlidir.

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +