İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.04.2017  12:38 

Palata nöqsanlar aşklarladı – Dövlət orqanlarında MƏNİMSƏMƏ





A+  A-

Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrinin təhlilləri göstərir ki, ümumilikdə qurumlar tərəfindən müəyyən istiqamətlər üzrə 825 halda nöqsana yol verilib.
XəzərNews.az-ın məlumatına görə, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.

Qurumdan saytımıza verilən məlumatda bildirlib ki, büdcə qanunvericiliyinin, mühasibat uçotunun təşkili və hesabatlılığının təmin edilməsi istiqamətində, həmçinin satınalmalar prosesini və əsaslı təmir-tikinti işlərini tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması daha çox rast gəlinən nöqsanlardır.

“Yol verilmiş nöqsanların məbləğ hissəsinə gəldikdə isə qeyd etməliyik ki, əsaslı təmir-tikinti işləri ilə bağlı nöqsanlar daha böyük çəkiyə malikdir. Belə ki, bu sahədə rast gəlinmiş nöqsan hallarının xüsusi çəkisi ümumi sayda 10,5 faizi təşkil edirsə, nöqsanların məbləğinin 25,8 faizi məhz tikinti ilə bağlı nöqsanların payına düşür”, - Hesablama Palatası bildirib.

Qeyd edək ki, Hesablama Palatasının 2016-cı il üzrə illik hesabatı Milli Məclisin aprelin 14-də keçiriləcək iclasında təqdim edəcək.

Xəbər 1051 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +