İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2017  17:55 

Azərbaycan Almaniyaya ETİRAZ ETDİ





A+  A-

“Kütləvi informasiya vasitələrində Almaniyada dərc olunmuş və miqrant uşaqlarının alman dili öyrənməsi üçün nəzərdə tutulmuş bir dərslikdə Naxçıvan Muxtar Respublikasının ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim olunduğu rəngli şəklin yer aldığı barədə məlumat verilmişdi. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi dərsliyi nəşr edən TELC (The European Language Certificates) şirkəti ilə dərhal əlaqə saxlayıb və zəruri tədbirlər görüb”.
Bu sözləri XəzərNews.az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Sözügedən dərsliyin müəllifi olan “telc gGmbH” şirkəti səfirliyə ünvanlandığı cavabında bildirib:

“Bizim “Sadəcə yaxşıdır! İnteqrasiya üçün alman dili” adlanan dərsliyimizin B1.1 və B1.2 cildlərində həqiqətən də Fotolia agentliyindən satın alınmış yanlış dünya xəritəsi yer almışdır. Biz bu səhvə görə çox təəssüf edirik. Həmin səhv bizə yalnız müştərilərimizin diqqətli olması sayəsində məlum olmuşdur. Təbii ki telc gGmbH siyasi ismarıclar verməkdən tamamilə uzaqdır. Sözügedən cildləri biz yenidən nəşr edəcəyik və həmin xəritəni dəyişdirəcəyik. Bununla əlaqədar olaraq, internet səhifəmizdə dərc olunmuş şərhi də diqqətinizə çatdırırıq.”
Şirkətin internet səhifəsində yerləşdirilmiş şərhdə də dərsliklərdə yerləşən dünya xəritəsinin səhv olduğu etiraf edilir, onun yer aldığı cildlərin dərhal yeni nəşrə veriləcəyi və bu zaman həmin xəritənin əvəzlənəcəyi vurğulanır (https://www.telc.net/ueber-telc/aktuelles/detail/stellungnahme-1.html).

Xəbər 904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +