İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2017  15:57 

Ramiz Mehdiyevin yeni kitabının təqdimatı olub





A+  A-

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının təqdimatı olub.
XəzərNews.az xəbər verir ki, Akademik Ramiz Mehdiyevin Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatı tərəfindən çap edilən bu kitabı XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, əsərdə Azərbaycan reallıqlarını əks etdirən olduqca aktual məsələlərə toxunulub. Rektor kitabın rus dilində nəşrinin onun daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, akademik Ramiz Mehdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçməsinə baxmayaraq ölkəmizin çox yüksək nailiyyətlər əldə etməsi və bu nailiyyətlərin kökündə dayanan səbəbləri böyük ustalıqla təhlil edib.
Kitabın “Modernləşmə və innovasiyalı iqtisadiyyat” bölməsində yer alan fikir və mülahizələr dərin araşdırma və təhlillərin nəticəsi olmaqla yanaşı, eyni zamanda, ölkənin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilməlidir. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələlərinə ilk dəfə elmi cəhətdən yanaşılıb. Müəllif müstəqilliyin ilk illərində gedən prosesləri hərtərəfli təhlil edərək məhz dövlət quruculuğunun elmi əsaslarını açıqlayıb, milli ideyanın və dövlətçiliyin yaradılması üçün zəruri olan əsas tezisləri nəzərdən keçirib.


Xəbər 1170 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +