İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2017  12:39 

Ziya Məmmədovun nazir qudasının da mövqeləri laxlayır... - İLGİNC





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Müşavirədə pambıqçılıq sektoruna birbaşa cavabdeh olan kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış etməyib. Maraqlıdır ki, H.Əsədovdan başqa bütün şəxslərin şıxışına şərait yaradılıb.
Müşavirədə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.

H.Əsədovun "oyundankənar" vəziyyətdə qalmasına səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olmasıdır.

"Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv edildikdən sonra sabiq nazirin yaxınları da siyasi hakimiyyətin qara siyahısına düşüb. Təbii ki, bu sırada sabiq nazirin qudası, kənd təsərrüfat naziri H.Əsədov ön sıradadır. Sabiq nazirin oğlu və KTN başçısının kürəkəni Anar Məmmədova, eləcə də onun atasına siyasi hakimiyyətin qəzəbi məlumdur. Və bu qəzəb Z.Məmmədovun qudasına da münasibətdə də özünü biruzə verir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirədə H.Əsədova söz verilməməsi də buradan qaynaqlanır. Çox güman ki, yaxınlarda H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq" - deyə hakimiyyətdəki mənbə bildirib.

(istiqlal.az)

Xəbər 1544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +