İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.03.2017  22:14 

Sərnişin avtobuslarının çoxu texniki baxışdan keçməyib - VİDEO





A+  A-

Bakıda sərnişindaşımada istifadə edilən avtobusların böyük əksəriyyəti texniki baxışdan keçməyib.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, həmin avtobuslar hər gün yüzlərlə sərnişini daşıyırlar. Bu da təhlükənin nə qədər ciddi olmasindan xəbər verir.
Biri 2012-ci ilə, digərlərinin isə rəngi o qədər solub ki, heç neçənci ilə aid olduğu belə bilnmir.
Söhbət ictimai nəqliyyatda istifadə edilən avtobusların texniki baxış nişanlarından gedir.
İctimai nəqliyyatda istifadə edilən avtobuslar texniki baxışdan keçmir. Bunu ortada olan rəqəmlər deməyə əsas verir. Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurovun ``Xəzər Xəbər``ə verdiyi məlumata görə, 2014, 2015 və 2016-ci ildə texniki baxışdan keçən avtobuslar çox azdır. 2017-ci ilin ilk aylarında isə demək olar ki, bununla bağlı müraciət edən sahibkar yoxdur.
Halbuki, buraxılış ilindən asılı olomayaraq sərnişindaşımada istifadə edilən avtobuslar hər il texniki baxışdan keçməlidir.
Avtobus sahibləri isə məsələ ilə bağlı danışmaqdan boyun qaçırdılar. Onlar tez bir vaxtda avtobuslarını texniki baxışa təqdim edəcəklşərini bildirdilər. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi tərəfindən mütəmadi olaraq avtobuslara qarşı reydlər keçirilir. Texniki baxışdan keçməyən avtobuslar aşkar edildikdə, dərhal yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulur. Fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.


Xəbər 2792 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +