İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2017  10:14 

“Pensiya yaşının artırılması büdcə üçün ciddi qənaət deyil”





A+  A-

“Təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də məqbul hesab etmədiyimiz məqamlar var”.
XəzərNews.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilatın - CESD-in bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir:

“Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən, əmək pensiyayası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub.

İkinci məqam, ABŞ-da olduğu kimi, əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman hətta pensiya yaşı çatmasa da belə, əmək pensiyasına müraciət edib, ala bilər”.

V.Bayramov deyib ki, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq:

“Təbii ki, məqbul hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş senzinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən saxta əlillik pensiyasılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkündür”.

Xəbər 2862 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +