İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.02.2017  22:53 

“Cəhənnəmi görmüş pilot” və “Böyüməyən uşaqlar” Dneprdə





A+  A-

Bu gün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dnepropetrovsk Azərbaycanlıları Birləşmiş İcmasının təşkilatçılığı ilə Dnepr şəhərində minə qədər adamın iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə çıxış edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov 25 il əvvəl fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımından danışıb. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində rəhbərlik etdiyi diaspor təşkilatının da müəyyən işlər gördüyünü vurğulayan H.Cavadov təkcə 25 illik ərəfəsində Kiyevdə jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabını və ötən il çəkdikləri “Cəhənnəmi görmüş pilot” filmini Ukrayna ictimaiyyətinə təqdim etdiklərini bildirib: “Cəhənnəmi görmüş pilot” filminin ilk variantı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə 2014-cü ildə Moskvada, sonuncu variantının isə 2016-cı ildə Bakıda Heydər Əliyev Mərkəzində nümayiş olunub. Film Leyla Əliyevanın tövsiyəsi ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində UABD tərəfindən hazırlanıb. Filmin Moskvada və Bakıda təqdimatı olub. Dünən Kiyevdə filmin təqdimatı onun canlı qəhrəmanı, ukraynalı pilot Leonid Kravetsin iştirakı ilə baş tutdu. Bu gün isə Dneprdə nümayiş olunacaq”.
Tədbir çıxış edən Azərbaycan diasporu fəalları və Ukrayna ictimaiyyəti nümayəndələri təqdim olunan kitab və filmin Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətli rol oynayacağını bildiriblər. Sonda filmə baxılıb və iştirakçılara jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının Ukrayn dilindəki tərcüməsi paylanılıb.
Qeyd edək ki, Dnepr şəhərinin müxtəlif yerlərində 5 iri lövhədə "Xocalıya Ədalət" kampaniyasının təbliğat plakatları yerləşdirilib.

Xəbər 4389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +