İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.02.2017  12:27 

Daha hansı nazirlər vəzifəsiz qalacaq? - Deputatdan AÇIQLAMA





A+  A-

 

Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gözlənilən idi.

XəzərNews.az xəbər verir ki, bu sözləri bakipost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Onun sözlərinə görə, növbəti dəfə struktur islahatlarının aparılması gözlənilənir: "Hazırda struktur islahatları aparılır. Cənab prezidentin "Strateji yol xəritəsi” təsdiq olunub. Orada 12 sahə üzrə prioritet müəyyən olunub. Bu sahələrdən biri struktur islahatlarının aparılmasıdır. Ona görə də Nəqliyyat Nazirliyinin ləğv olunması gözlənilən idi. Bundan sonra da Azərbaycanda struktur və kadr islahatları həyata keçiriləcək”.

Millət vəkili vurğulayıb ki, Nəqliyyat Nazirliyinin faktiki olaraq bir çox səlahiyyəti əlindən alınmışdı: "Faktiki olaraq son vaxtlar müəyyən qurumlar Nəqliyyat Nazirliyindən ayrılmışdı. Nazirliyinin elə bir səlahiyyəti də qalmamışdı. Ona görə də qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi”.

Vahid Əhmədov hazırda bir çox nazirliyə və komitələrə ehtiyac olmadığını qeyd edib: "Struktur islahatları Azərbaycanda getməlidir. Azərbaycanda bu qədər nazirlik və komitə həddən artıq çoxdur. Yəqin ki, bu proses davam edəcək. Bu, mütləq olmalıdır. Bizdə sovet vaxtından qalma hökumət fəaliyyət göstərir. Hansı ki, onların çoxuna ehtiyac yoxdur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.



Xəbər 863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +