İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.02.2017  16:25 

Azərbaycan XİN Lapşinin ekstradisiyası ilə bağlı BƏYANAT yaydı





A+  A-


Azərbaycan XİN Azərbaycanın ərazi bütövlüyünü danaraq, mərkəzi hakimiyyətin icazəsi olmadan işğal altında olan torpaqlarına, Dağlıq Qarabağ bölgəsinə səfər edərək, separatçıları – terrorçuları dəstəkləyən bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı bəyanat yayıb.

XəzərNews.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, ayri-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələ hüquqi müstəvidə baxılmalıdır.

"Vətəndaşlığını daşıdığı ölkələrin xarici işlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib.

A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib", - deyə, XİN-in açıqlamasında bildirilib.

Əlavə olunub ki, A.Lapşin 2016-cı ilin dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib və Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasına yerləşdirilib. A.Lapşinin məsələsi Azərbaycan Respublikasının qanunları çərçivəsində baxılır: "A.Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır.

Xarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırır".



Xəbər 915 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +