İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.03.2024  07:41 

Ermənistan işğal edilir, Paşinyan devrilir, onun yerinə... - Rusiyanın müdhiş planı





A+  A-

Rusiya Ermənistanı qəfil işğal edərsə, bölgədə hadisələr necə inkişaf edəcək? Ritorik sualdır. Bir neçə il əvvəl belə bir sual gündəmdə yox idi. Ancaq Baş nazir Nikol Paşinyan Rusiyanın çətirindən qurtulmağa çalışınca və Qərbə yaxınlaşmaq istəyini daha gur səsləndirdikcə, Kremlin Cənubi Qfaqazdakı son forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlaması və bunların içərisində hərbi müdaxilə planının olduğu istisna deyil.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook hesabında yazıb.

Elxan Şahinoğlunun fikrincə, Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni “denansifikasiya” bəhanəsiylə, yəni rusları qorumaq adı altında başlamışdı:

“Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Misal üçün Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna ordusu kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu, Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı işğal müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı? Kreml Nikol Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Bundan sonra da Kreml “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq.

Belə bir ssenari Azərbaycana nə vəd edir?

Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta hökumətin Azərbaycan kəndlərinin geri qaytarması və Zəngəzur dəhlizi məsələsində mövqeyi sərtləşəcək. Xunta hökuməti ilə dilaoq aparılmasının mənası olmayacaq. Üstəgəl həmin xunta hökumətini dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək. Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək. Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək. Bircə, ABŞ və Avropa Birliyi Ermənistanda xunta rejimini tanımayacaq. Belə olan halda hazırda Ermənistanı hər mənada dəstəkləyən Fransanın da siyasəti dəyişəcək. Bu halda Qərb ölkələri Azərbaycanın dəyərini anlamış olacaqlar.

Əlbəttə, bunlar ehtimaldır. Ancaq biz bütün mümkün ehtimalları hesablamaq məcburiyyətindəyik. 15-20 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını ehtimal etmək mümkün deyildi. Ancaq bu baş verdi.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və türk dövlətləri ilə inteqrasiyanı gücləndirməsi ən doğru yoldur”.

Xəbər 353 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +