Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


12.02.2020  09:24 

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır olacaq





A+  A-

Yeni koronavirusa qarşı ilk peyvənd nümunələri bir il yarım ərzində hazır ola bilər.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən konfransda deyib.

Fevralın 11-də Cenevrədə yeni koronavirusla mübarizə tədbirlərini hazırlamaq üçün iki günlük qlobal forum işə başlayıb. Konfransda dünyanın 400-ə yaxın mütəxəssisi iştirak edir. Forumun əsas məqsədi yeni koronavirus haqqında biliklərin boşluqlarını müəyyən etmək və müalicə metodlarının araşdırmalarında beynəlxalq səyləri gücləndirməkdir.

D-r Qebreyesusun sözlərinə görə, bu forumun "bütün suallara cavab verəcəyi" gözlənilmir. Bununla birlikdə, müzakirələrin əsas nəticəsi "ictimai səhiyyə prioritetlərini dəqiq şəkildə anlamaqla" koronavirusla mübarizəyə investisiya ayrılmalarını mümkün edən "tədqiqat yol xəritəsi" olmalıdır. ÜST-nin baş direktoru təşkilatın donorların fevral - aprel aylarında koronavirusla mübarizə üçün 675 milyon dollar ayırmaq çağırışını xatırladaraq, vəsaitin yalnız gələcək üçün deyil, həm də artıq yaranan problemlərin həlli üçün lazım olduğunu vurğulayıb.

Xəbər 997 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +