Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


26.12.2017  13:58 

Azərbaycanda iki qurum birləşdirildi





A+  A-

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, dəyişikliklərə əsasən, fərmanın 1-ci, 2-ci və 7-ci hissələri, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndləri ləğv edilir; 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilir; 4.8-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə əvəz edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dövlət başçısı “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın adında, 4-cü hissədə və 7.4-cü bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilir; 1-ci və 2-ci hissələr ləğv edilir; həmin fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə: 1.1-ci bənddə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilir; 1.2-ci bənddə (birinci halda) “Cəmiyyət” sözü “Fond” sözü ilə əvəz edilir; 1.2-ci, 8.4-cü və 12.1-ci bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilir; 5.1-ci, 5.4-cü, 6.2-ci, 6.3-cü, 6.4-cü, 11.2-ci, 11.7-ci və 11.9-cu (ikinci halda) bəndlərdə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “İdarə Heyəti” sözləri ilə əvəz edilir; 1.1-ci, 1.2-ci, 8.4-cü və 12.1-ci bəndlər istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilir; 5.1-ci, 5.4-cü, 6.2-ci, 6.3-cü, 6.4-cü, 11.2-ci, 11.7-ci və 11.9-cu (ikinci halda) bəndlər istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “Himayəçilik Şurası” sözləri ilə əvəz edilir; həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” üzrə: adında “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda” sözləri ilə əvəz edilir; 1.1-ci bənddə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilir; 1.3-cü, 4.2-ci (hər iki halda), 5.1-ci (ikinci halda), 6.4-cü, 6.5-ci, 7.6-cı, 7.7-ci, 8.1-ci bəndlərdə, 8.2.1-ci yarımbəndin 3-cü və 4-cü abzaslarında, 8.2.2-ci yarımbəndin 1-ci abzasında, 8.2.4-cü yarımbəndin 1-ci abzasında, 8.2.5-ci yarımbəndin 1-ci abzasında, 8.3.1-ci yarımbənddə, 8.5-ci, 8.6-cı və 8.8-ci bəndlərdə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “İdarə Heyəti” sözləri ilə əvəz edilir; 5.1-ci bənddən (birinci halda) “Müşahidə Şurası,” sözləri çıxarılır; 1.1-ci bənd istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilir; həmin fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə: 1.1-ci bənddə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilir; 8-ci hissənin mətnində “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda” sözləri ilə əvəz edilir; 1.1-ci bənd və 8-ci hissə istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilir; 4.1-ci, 4.5-ci və 5.6-cı bəndlərdə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “Himayəçilik Şurası” sözləri ilə əvəz edilir.

Xəbər 2021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +