Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.12.2023  11:06 

Vətəndaşlar bankların tilovuna necə düşür?





A+  A-

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib ki, bu, oktyabrın 1-i ilə müqayisədə 15,3% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8%, son 1 ildə isə 31,8% azalıb. Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9% təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il oktyabrın sonuna isə 3,2% olub.

Ümumiyyətlə, ötən aylarda kreditlərin həcmində azalma olmasına baxmayaraq, hələ də ölkədə istehlak kreditləri üstünlük təşkil edir. Bu gün vətəndaşlar banklara yalnız ev, avtomobil almaq, yaxud biznes qurmaq üçün yüksək məbləğdə kredit üçün müraciət etmir. Həmin müraciətlərə diqqət etsək, insanlar toy, yas mərasimləri, ev əşyası, hətta bir telefon almaq üçün belə banklardan kredit götürürlər.

Əslində bu prosesi əhalinin əmək haqqının azlığı ilə əlaqələndirənlər də var.

Doğrudanmı, vətəndaşların adi məişət əşyaları üçün belə banklardan kredit götürməsi zərurətdən irəli gəlir?

İqtisadçı-eskpert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, müasir dünya istehlak cəmiyyəti dünyasıdır və bu, yalnız Azərbaycanda deyil, bütün dünyada belədir:

“Biznes ona yönəlib ki, insanlar daha çox mal və xidmətləri əldə etsinlər. İnsanların maaşı nisbi məsələdir. Əgər 30 il geriyə baxsaq, indiki insanların maaşı və güzəranı qat-qat yaxşıdır. Ancaq 1993-cü ildə insanlar kafeyə, restoranlara, xaricə, istirahət zonalarına getmirdilər. O zaman yalnız kəndlərdə, rayonlarda kiminsə qohumları var idisə, onlara qonaq gedirdi.

İndi insanlar daha yaxşı həyat istəyirlər. Həmin dövrdə əhalinin 70-80 faizi ayda 100 dollar qazansaydi, buna şad idi. İndi insanlar daha yaxşı yaşamaq istəyir və Azərbaycan vətəndaşı buna layiqdir. Çünki Azərbaycanın neft və digər sərvətləri var ki, xalqındır. Ancaq istehlak cəmiyyətidir, maaşı çatsa da, çatmasa da daha çox istəyirlər. Bu, insanların istəyinə bağlı deyil.

İnsanlar hər zaman istəyəcəklər ki, daha çox pul, kredit götürsünlər, daha yaxşı yaşasınlar. Milliyyətindən asılı olmayaraq cəmiyyətin mütləq əksəriyyətinin də gələcəyi planlaşdırma qabiliyyəti zəifdir. İnsanların çoxu bu günlə yaşayır. Deyir ki, bu gün mən bunu istəyirəm. Fikirləşmir ki, bu krediti götürəcək, ancaq qaytara bilməyəcək. Çox az sayda insan var ki, ehtiyatlı davranmağa meyillidir”.

Ekspertin fikrincə, məsələyə digər tərəfdən baxmalıyıq:

“Banklar istehlak kreditini insanlara niyə verirlər? Qərb ölkələrində isə əksinədir, orada biznes kreditlərini daha çox verirlər. Ona görə ki, Azərbaycanda biznes subyektlərinin sayı getdikcə azalır. Ölkədə güclü inhisarlaşma meyilləri hökm sürür. Bu yaxınlarda parlamentin Vergi Məcəlləsinə etdiyi dəyişiklikləri ölkə başçısının təsdiq etməsi gözlənilir. Mən çox ümid edirəm ki, cənab Prezident o qanunu təsdiq etməyəcək və veto qoyacaq. Çünki bu Vergi Məcəlləsi ilə ölkədə olan –qalan sərbəst biznes də tam məhv edə bilər.

Ortada yalnız iri bizneslər qalacaq. Belə şəraitdə banklar kimə kredit verəcək? Vətəndaşlardan da pulu qaytarmaq daha rahatdır. Dünyada banklara xeyir edər ki, 10 sahibkara hərəsinə 1 milyon manat olmaqla 10 milyon manat kredit versin. Sonra da onlardan rahat faizini alsın. Nəinki həmin 10 milyon manatı 10 min nəfər arasında bölüşdürsün. Ancaq Azərbaycanda bu qayda sərf edir. Çünki biznes yoxdur, vətəndaşlar götürür, banka da geri ödəyirlər”.

Ekspertin sözlərinə görə, bu gün digər ölkələrdə də insanlar telefon, yaxud evə hər hansı əşya almaq üçün kredit götürürlər:

“Həm də, məsələn, telefonu olmadığı üçün almır, sadəcə yenisi ilə dəyişmək üçün belə edir. Yəni bu, “Hamı görsün ki, məndə də var” prinsipindən irəli gəlir. İnsanların mütləq əksəriyyəti psixoloji, intellekt cəhətdən zəifdir. Düşünmürlər ki, sabah nə olacaq, necə qaytaracağam, ümumiyyətlə, bu əşya mənə lazımdırmı?

Sanki bəhsə girirlər. Kişilər buna daha az meyillidir, ancaq son zamanlar onlarda da bu proses başlayıb. Tarixən kişilər daha çox pul qazanıb, qədrini biliblər. Qadın isə deyir ki, filan əşyadan qonşuda, rəfiqəmdə var. Uşaqlar isə məktəbə gedir və deyirlər ki, filankəsdə bu var, mən də istəyirəm. Bu proses belə davam edir.

Ancaq insan dərindən düşünsə, belə nəticəyə gələr ki, xoşbəxt olmaq üçün ona bu qədər şey lazım deyil. Alimlər də artıq deyirlər ki, insanlar indi daha bədbəxtdirlər. Çünki daim nədənsə narazıdırlar, “hamıda var, məndə yoxdur” prinsipi ilə yaşayırıq, yaxud daim harasa tələsirik, həyatdan zövq ala bilmirik”.

Xəbər 475 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +