Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.11.2023  12:01 

“Oralarda qayda-qanun işləmir” - Ekspert





A+  A-

“Son bir həftədə işğaldan azad olunan ərazilərdə cəmi 2 yol qəzasında 6 nəfər ölüb, 4 yaralı var. Dəfələrlə demişəm, oralarda qayda-qanun işləmir, kim necə gəldi sürür. Yollar bərbad, nişan, nişanlanma xətləri yox səviyyəsindədir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı çıxış edib.

E.Muradlı bildirib ki, sürücülərə nəzarət olunmur, şirkətlər bir az pul xərcləyib nəqliyyat təhlükəsizliyini təmin etmir:

“Elə ordu sıralarında da durum eynidir. Hərbi maşınlar qəzaya düşür, əsgər və zabitlərimiz ölür. Çox istərdim ki, dövlətimiz işğaldan azad olunan ərazilərdə yol terroruna dur desin və geniş bir layihə çərçivəsində təbliğat işi aparılsın. Bir şeyi unutmayaq. Bizim sürücülər nəzarət olmayan yerdə ölümə getməkdən çəkinmir. Ciddi nəzarət lazımdır”.

Xəbər 731 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +