İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


11.10.2023  17:25 

Qazi Ağsu rayon Icra Başçısından narazıdır: Bir dəfə də olsun maraqlanmayıb





A+  A-

Ağsu rayonunun Bico kəndindən olan qazi Vurğun Sayılov rayon rəhbərliyindən narazıdır.

Xəzərnews.az xəbər verir ki, o, bu barədə Bakupost.az -a müraciətində bildirib.

Vurğun Sayılov deyir ki, 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə isə müddətdən artıq xidmət hərbi xidmətçisi (MAXHX) kimi yenidən ordu sıralarına qoşulub. 2020-cı ilin iyulunda Tovuz döyüşlərində fəal iştirak edən qazimiz 44 günlük Vətən müharibəsinə də qatılaraq, ön cəbhədə xüsusi fədakarlıqlar göstərib. Belə ki, Vurğun Hadrut və Şuşanın azad edilməsində birincilər sırasında olub.

Hətta Şuşa uğrunda gedən qanlı döyüşlərdə sağ ayağından ağır yaralanıb:

"Müalicə olunandan sonra yenidən xidmətimə davam etdim. 2023-cü ilin 19 sentyabrında başlayan lokal antiterror tədbirləri zamanı da ön sıralarda döyüşdüm. Xankəndi yaxınlığında düşmən ağ bayraq qaldırdıqdan bir müddət sonra pilotsuz uçuş aparatından atılan bombanın partlaması nəticəsində bu dəfə sol ayağımdan ağır yaralandım".

Qazimiz deyir ki, yaralanandan sonra bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alıb. Daha sonra isə həkimlər ona bir ay müddətində ev şəraitində müalicə olunmağı məsələhət biliblər. Qazimiz hazırda yeriyə bilmir. Belə ki, ayağı İlizarov aparatına qoşulub. Hazırda yataq şəraitində müalicəsini davam etdirən Vurğun bir aydan sonra hospitala, tam sağalandan sonra isə yenidən Ermənistan sərhədinə yaxın ərazidə yerləşən xidmət etdiyi hərbi hissəyə dönəcəyini bildirir.

Onun sözlərinə görə, Qarabağ uğrunda döyüşlərdə iki dəfə ağır yaralansa da, nə ərazi icra nümayəndəliyi, nə Ağsu Rayon İcra Hakimiyyəti, nə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən indiyədək bir dəfə də olsun, onunla maraqlanmaybılar. İndiyədək kənd camaatı və qohumlarından başqa yerli məmurlardan heç kim onu yoxlamayıb. Məmur biganəliyindən gileylənən Vurğun Sayılov kənddə yaşadığı evin həyətində şəraitsizlikdən iki dəfə yıxılıb və millərlə bağlanmış ayağının üzərinə düşüb.
Qazimiz dolanışığının çətin olduğunu, maddi problemlərinin yarandığını da bildirib.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizi İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirsələr də cavab verən olmadı.

Ümid edirik ki, bu yazıdan sonra Ağsu Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların rəhbərləri Vurğun Sayılovla maraqlanacaq, onun məişət problemlərinin həllinə yardım edəcəklər.



Xəbər 3374 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +