İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.06.2023  10:34 

Niyə Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? - Paşinyan





A+  A-

Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır. Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də NA-nın 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bəyan edib.

“1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeyd edildi. Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin üçün oldu, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Biz də bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi”, - deyə Paşinyan əlavə edib.

Xəbər 901 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +