İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.05.2023  21:30 

Bu bənd rəsmi Bakının mövqeyinə tam uyğundur





A+  A-

Bu dəqiqələrdə Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçıları Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqların növbəti mərhələsi başlayıb.

Xəbər verildiyi kimi, dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqlarının ilk mərhələsi başa çatıb. Danışıqların ikinci raundu Vaşinqtonun ətrafında yerləşən ABŞ Dövlət Departamentinin Milli Tədris Mərkəzinin binasında keçirilir.

Danışıqlar Azərbaycan tərəfdən xarici işlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları ilə yanaşı, peşəkar diplomat, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da iştirak edir.

Analitiklər Azərbaycan-Ermənistan dialoqunun hazırkı raundu ilə Daytonda 1995-ci ildə aparılan danışıqlar arasında paralellər aparırlar. Məlum olduğu kimi, o zamankı danışıqlar bir neçə gün davam etdi və nəticədə Bosniyada vətəndaş müharibəsinə və Xorvatiya ilə Serbiya arasındakı müharibəyə son qoyan bir razılaşmanın əldə edilməsini təmin etdi.

Vaşinqtondakı danışıqların ilk günü başa çatdıqdan sonra ABŞ dövlət katibinin Qafqazdakı danışıqlar üzrə xüsusi nümayəndəsi Luis Bono jurnalistlərə bildirib ki, tərəflərin hərtərəfli saziş üzrə danışıqlarda müzakirə etdiyi mövzulardan biri də hər iki ölkədə etnik azlıqların hüquq və təhlükəsizliyi məsələsidir.

Qeyd etmək lazımdır ki, bu bənd rəsmi Bakının mövqeyinə tam uyğundur və Qərb vasitəçilərinin Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini bu və ya digər şəkildə əks etdirmək təklifinə cavab olaraq indiki Ermənistan ərazisindən, yəni Qərbi Azərbaycandan deportasiya edilmiş etnik azərbaycanlıların hüquqları məsələsini, habelə bu insanların Vətənə qayıtmasının vacibliyini müəyyən edir!..

Eynulla Fətullayev

Xəbər 477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +