İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.04.2023  15:10 

Çovdarovun əmlakı yenə əlindən alınır... - Məhkəmə





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrlik ilə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb.

Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 13 milyonluq, Səlim Məmmədova qaytarılmış 161 min manatlıq əmlakın xüsusi müsadirədən azad olunmasının əsassız və qanunsuz olduğunu bildirərərək, həmin qərarın ləğv edilməsini, cinayət işini əmlaklarla bağlı hissədə apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov və Səlim Məmmədovun vəkili isə sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu və cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər.

Bundan başqa 8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı maraqlı şəxs-Çingiz Əsədovun da şikayəti dinlənilib.

İclasda qərar elan olunub.

Məhkəmə prokurorun protestini əsaslı hesab edib. İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı şikayət isə rədd olunub.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub./APA



Xəbər 368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +