Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


30.12.2022  17:13 

Köhnəni yenisi ilə əvəz etmək üçün 20 min manat istəyirlər?





A+  A-

Son illər yerli icra hakimiyyətlərində aparılan araşdırmalar bir daha sübüt edir ki, tələb edilən rüşvət bir başa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”.

Belə ki, Nəsimi rayonunda fəaliyyət göstərən kafelərdən biri (adı şərtdir) həyatyanı sahəsində köhnə “palatka”dan yığılmış kabineti sökmək və onu müasir üsulla şüşəli profillə yığmaq üçün rayon icra hakimiyyətinə şifahi müraciət edir. İcra hakimiyyətinin əməkdaşı Kamran adlı şəxs kafeyə gələrək həmən yerə baxış keçirir.

Onu da nəzərinizə çatdıraq ki, baxış zamanı həmən palatkanın fotoları da lentə alınıb. Təbii ki, Kamran söz sahibi deyil və arada “gül aparıb, gətirəndir”. Məsələ ilə bağlı bir müddət susqunluq höküm sürsə də yenidən icra hakimiyyəti ilə telefon əlaqəsi yaratdıq. Təklif olundu ki, kafenin sahibi Nəsimi rayon icra hakimiyyətinə təşrif buyursun.

Beləliklə adı hallanan quruma yollandıq. Nəhayət bizi Nəsimi icra hakimiyyətinin təsərrüfat şöbəsində Bağırov Elvin Yaşar oğlu qəbul etdi. Nə üçün gəldiyimizdən məlumatlı olan Baş məsləhətçi özünü rayon rəhbəri kimi göstərirdi. Şəhərsalma və Tikinti Məcəlləsi, Fövqalada Hallar Nazirliyi ilə özü danışaçağını, eyni zaman da onlara çatacaq pulu özü verəcəyini bildirdi. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə çətin razılaşacağını vurğulayan Elvin Bağırov onları “erməni”adlandırdı. Onun dediyinə görə, həmin qurumun əməkdaşları olduqca yüksək məbləğ tələb edəcək. Əslində, bütün danışıqlar cəfəngiyyatdan başqa bir şey deyildi. Əvvəla, sözügedən ərazidə heç bir tikinti aparılmır ki, sadaladıqları dövlət qurumun əməkdaşları hər hansısa problem yaratsın.”Bizə nə qədər verə bilərsiz?” Sualına isə 10.000(on min) manatdan artıq imkan olmayacaq deyə bildirdik. E.Bağırov öz növbəsində isə rəhbərliklə danışdıqdan sonra cavab verəcəyini söylədi. Görünən odur ki, rüşvətə bulaşan baş məsləhətçi vəzifə səlahiyyətindən sui-istifadə edərək, korrupsiya hallarına yol vermişdir.

Təsərrüfat şöbəsinin digər əməkdaşı Kamran adlı şəxslə yenidən telefon əlaqəsi yaratdıq. Qarşı tərəfin tələbi isə olduqca yüksək idi. Onun dediyinə görə rəhbərlik 20000 (iyirmi min) manat rüşvətin qarşılığında razılıq verəcək. Hələ üstəlik tələb olunan məbləğ hazır olsa belə rayon rəhbərliyi “hə” dedikdən sonra işə başlamaq mümkündür.

Faktları, səs yazılarını Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etməyə hazırıq. Digər tərəfdən ölkə başçısı cənab İlham Əliyevin rüşvətə qarşı apardığı amansız mübarizədən nəticə çıxartmayan Nəsimi RİH başçısı Asif Əsgərov öz çirkin əməllərini hələ də sərbəst həyata keçirir./GündemXeber.az

Xəbər 670 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +