İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.12.2022  13:32 

Rus ailələri Xankəndinə köçürüləcək? - Iddia





A+  A-

Rus ailələrin Xankəndinə köçürüləcəyi iddiaları ilə bağlı bir neçə söz....

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentindəki hərbçilərin öz ailələrini Xankəndi, Xocalıya köçürəcəyi barədə iddialar daha çox Moskvanın planından xəbər verir.

Hərçənd ki, 10 Noyabr Bəyanatında belə bir tənzimləmə təsbit edilməyib, çünki belə addım münasibətlərin normallaşmasını deyil, alovlanmasını təhrik edə bilər.

Rusiya gizli planının üzərindən məxfilik qrifini qaldırıb aşkar mesajlara keçir ki, bu da onun gələcək üçün regiondakı maraqlarının motivlərininin içini açır.

Arayik Arutyunyanın nə dediyi önəm daşımır, onun Qarabağdakı mövcudiyyəti Azərbaycan üçün bəzi kartlar verir ki, terrorçular zərərsizləşdirilsin, lakin Bakı hələ hibrid tədbirlərlə ermənilərin inteqrasiyasına çalışır.

Bu istiqamətdə Qarabağdakı ermənilərin özləri üçün nüfuzlu şəxs elan etdiyi şəxslərlə təmaslar vacibdir və Azərbaycan bu işin öhdəsindən məharətlə gəlir, yəni Arayik Arutyunyanın dedikləri mövcud reallıqların kontekstini təhrif etmir.

Burada ən çox Rusiyanın üzərinə şübhələr düşür, çünki Moskva Qarabağdakı erməni əhalinin əli ilə rus icmasını formalaşdırıb gələcək üçün özünü barmaq yeri saxlamağa çalışır.

Mümkündür ki, Rusiya iş adamlarını Xankəndiyə köçürsün və biznes epitetləri ilə onların qızıl yataqlarındakı iştirak payını təmin edib orada monopoliya yaratmağa çalışsın.

Rusiya Qarabağda erməni əhalinin istismar edilərək qızıl yataqlarının qanunsuz istismarına yol açmaq istəməsinə Azərbaycan imkan verməyəcək. Rusiya üçün ən yaxşı hal, Azərbaycanla bu mövzuda hüquqi prosedurlara əsaslanan əməkdaşlıqdır.

Baş verənlərin anatomiyasına baxmayaraq Azərbaycanla Rusiya anlaşacaq. Buna Qarabağda status məsələsinin Moskvanın da gündəliyində olmaması təkan verəcək.

Aqşin Kərimov

Xəbər 719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +