İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.12.2022  17:24 

Məktəblinin müharibə hekayəsi gündəm oldu





A+  A-

Xarkovdan olan Ancelina adlı məktəbli qız Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra yaşadıqları ilə bağlı öz hekayəsini danışıb.

Rinat Axmetov Fondunun "Sülhsevərlərin səsləri" muzeyinə danışan Ancelina deyib ki, fevralın 24-də səhər anası onu oyandırıb, Rusiyanın Ukraynaya hücum etdiyini deyəndə, bunun yuxuda baş verdiyini zənn edib:

"Mən zirzəmiyə getmək istəmirdim. Mənə elə gəldi ki, orda dəhşətli nə isə olacaq. Bir çox zirzəmiləri gəzdik, sonra bir məktəbin zirzəmisini tapdıq. Ora çox soyuq olsa da, digərlərindən daha yaxşı idi".

Anası ilə zirzəmidə gecələyən Ancelina köhnə stul və taxta lövhələrdən yatmaq üçün özlərinə yer düzəldiblər:

"Bir dəfə içməli suyumuz bitdi. Biz onu götürməyə getdik, sonra atəş səsləri gəldi. Məktəbin zirzəmisinə girdik. Yanımızda demək olar ki, heç nə yox idi. Heç olmasa yemək və ya yorğan götürmək üçün çölə çıxmaq istəyəndə məktəbin ətrafında tankları gördük. Biz oradan keçə bilmədik. Onda mən hamıdan pis idim”.

Ancelina Rinat Axmetov Fondunun uşaq düşərgəsində psixoloji reabilitasiyaya keçib:

"Rinat Axmetov Fonduna minnətdarlığımı çatdırmaq istərdim, çünki onlar məni burada dəstəklədilər və bəzi problemlərdən qurtulmağıma kömək etdilər. Məni sakitləşdirən məşqlərimiz var idi: nədənsə qorxduğum zaman onları etdim. Bu mənə kömək etdi".

Qeyd edək ki, hazırda hekayənin qəhrəmanı Ancelina ailəsi ilə birlikdə Ujqorod şəhərində yaşayır.

Lalə
XəzərNews.az


Xəbər 653 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +