İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.12.2021  11:20 

60-nız mübarək!!





A+  A-

Azərbaycan siyasi tarixində çox az adama nəsib olub adi ümumi isimlər onların adı ilə xüsusiləşsin.

"Bəy" sözünün titul və xitab mənasının tarixi nə qədərdir?

"Cənab" hansı əsrdən xitab olmaq hüququ qazanıb?

İlk dəfə "lider" terminini kim gətirib dilimizə?

İlk dəfə "şah" titulu kimə ünvan olub?

Xatırlanması çətindir, bəlkə də mümkünsüz..

Amma azərbaycanlılar eyhamsız da anlayırlar ki:

- "Şah" titulu xüsusiləşdirilirsə, demək, söhbət İsmayıl Səfəvidən gedir;

- "Öndər" xüsusiləşdirilirsə, söhbət Məhəmməd Əmindən gedir;

- "Bəy " xüsusləşdirilirsə, söhbət Əbülfəz Elçibəydən gedir;

- "Lider " titulu "ümummilli" epiteti ilə təqdim olunursa, söhbət Heydər Əliyevdən gedir;

...Və "Cənab" xüsusi vurğu ilə deyilib, ilk hərfi iri yazılrsa, söhbət İlham Əliyevdən gedir.

2020-ci ilin sentyabrın 27-dək bu vurğu rəsmilərin qeyri-rəsmi danışıqlarının etiket norması idi, o gündənsə elitasından sıravisinədək əksər azərbaycanlıların sevgi duyğuları yüklədikləri xüsusi siyasi semantika daşıyır.

Dünəndən FB lentimdə qarşıma çıxan təbrikləri birər-birər nəzərdən keçirirəm. Bunlar protokol xatirinə yazılan təbriklər deyil, içdən gələn sevgi selidir.

Təbriki yazanlar arasında hətta 2018 seçkilərində də onu qəbul etməyənlər var. Amma o rəyləri dəyişdi, dıyişməyi bacardı, keçmiş opponetnlırini də onu etiraf etməyə məbur qalacaq işlərə imza atdı.

Bu el sevgisini- ümumxalq məhəbbətini qazanmış barmaqla sayılacaq siyasətçilərimizdəndir Cənab.

İkinci Qarabağ savaşı günlərində bir cənubi azərbaycanlının televiziyada onun müjdə çııxşlarına qulaq asarkən ekrana üzərrik gəzdirməsi görüntülərini xatırlayarsızmı?

İzlədiyim şimali qafqazlı bir siyasi fəalın o günlər yazdığı "Ərdoğandan sonra bizim yeni lider doğuldu" təsbitini qürurla oxumuşdum.Azərbayxan haqda, Cənab haqda o günlər tatar, qaraçay, kumik fəlalarının paylaşımları qürurverici idi.

Belə ümumazəri, umumtürk, ümumqafqaz sevgisini qazana bilmiş dövlət xadimidir Cənab.

...Azərbaycanlılar bir kişi ömrünün uğurunu anlatmaq üçün "ev tikib yurd saldı, ağac əkdi, oğul böyütdü" deyirlər.

Cənab bu qiymətləndirmədəki hər üç meyara tən gələn bir kişi və dövlət başçısı ömrü yaşayır:

- Ekologiya ilə bağlı dediklırini xatırlayırsız yəqin. Bakıdan neft çıxaranların ətraf mühitin qayğısına qalmadan sərvətlərimizi vəhşicəsinə istismar edilməsindən hər dəfə danışanda indi ölkə boyu, xüsusən Bakıda yaşıllaşdırma, təbiətin, iqlimin sağlamlaşdırılması üçün görülən işləri də sadalayır. Amma bu iş bitmədi, hələ davamına ehtiyac var...

- Qarabağın azad olunmasında bütün nəsillərin rolu var, amma əsas işi Cənabın hakimiyyəti dövründə yetişmiş vətənpərvər gənclər gördü. "Ermənilərin əsas ümidi ona idi ki,.. başqa mühitdə böyüyən gənclər bir daha bura qayıtmaq istəməyəcəklər... Bu, onların səhvi idi. Çünki biz qəlbində Vətən sevgisi olan bir nəsil yetişdirdik", - deyir Cənab. Bir oğul deyil, Vətən çəpəri olan minlərlə sal oğullar böyütdü Cənabın siyasəti. Hələ qarşıda o oğulların görəcəyi yarımçıq qalmış işlər də var. Hələ o oğullarln sıraları ildən ilə sıxlaşacaq.

- Evlər tikilir, yurd salınır. Bütün Azərbaycanın siması dəyişib. Yenə dəyişəcək, geri aldığımız yurdlarda salınacaq, inşa ediləcək yüzlərlə binə, oba, məskən, şəhərimiz bizi gözləyir.

O işləri başa çatdıracaq qədər qüdrəti, səhhəti, el sevgisini Tanrı sizdən əsirgəməsin Cənab.

60-nız mübarək!!

Cəmaləddin Quliyev

Xəbər 1484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +