Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.11.2021  21:55 

“Dövlət orqanlarının bir çoxu vətəndaşların hüquqlarını pozur” - Sabiq deputat





A+  A-

“Dövlət orqanlarının bir çoxu vətəndaşların hüquqlarını pozur. Çünki gələcəkdə vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət etdikdə, məhkəmələr birmənalı olaraq dövlət orqanlarının tərəfini tutur”.

XəzərNews.az xəbər verir ki, bu barədə sabiq deputat Nazim Baydəmirli iş adamları, sahibkarlar, eləcə də digər vətəndaşların gömrükdə incidilməsi və bürokratik əngəllərlə üzləşməsi barədə Demokrat.az -a danışarkən deyib. Ekspertin sözlərinə görə, çox az təsadüf edilən hallarda kimsə haqlı olduğu təqdirdə məhkəmədə gömrük, vergi və digər inzibati orqanlara qalib gələ bilir:

“Digər tərəfdən də vətəndaşlar hüquqlarını müdafiə etmək üçün əvvəllər məhkəmələrə rahat müalicə edirdilər, çünki etibarnamə institutu mövcud idi. Ancaq vətəndaş indi məcburdur ki, Vəkillər Kollegiyasının üzvüylə müqavilə bağlasın. Çünki belə iddiaların məhkəmələrə verilməsi üçün mütləq bu cür məcburiyyətlər gətirilir. Artıq bir neçə ildir ki, qanunvericilikdə bu var və bu da kifayət qədər dövlət orqanlarının əlini-qolunu açıb”.

Müsahibimiz qeyd edib ki, gömrük orqanları vətəndaşların hüququnu pozan, iş adamlarını ziyana salan bir orqan kimi tanınır, həmçinin bilərəkdən süni qiymət yaradırlar:

“Qeyd edim ki, gömrük orqanları qəsdən bəyannamə qiymətini şişirdirlər və nəticə etibarilə də proqnoz göstəricilərini artırmaq məqsədilə süni qiymət artımı yaradırlar. Sahibkarlar öz mallarını gömrük orqanlarının anbarlarında saxladığına, yaxud da maşına demarj verdiklərinə görə, məcbur olurlar ki, onların dediyi ilə razılaşalar. Bununla da, bəyannamə qiymətini artırmasına razı olurlar”.

N.Baydəmirli diqqətə çatdırıb ki, bütün bunlar maddi itkilərə səbəb olan proseslər olduğuna görə, iş adamları daha çox belə süründürməçiliyə məruz qalırlar və bilərəkdən də, sahibkarlara ziyan vurulur:

“Bunun isə müxtəlif səbəbləri var. İlk növbədə idarəetmədə gömrük orqanlarının korrupsiya halları ilə uzunmüddətdir məşğul olmaları və beləliklə, regionçuluq, qohumbazlıq, yerliçilik bu qurumda daha çox biruzə verir. Təbii ki, Azərbaycanda bunu bilməyən yoxdur. Eyni regiondan olan şəxslərin, bir-birinə qohum olan şəxslərin bir qurumda rəhbər vəzifədə olması, sıravi işçilərin də qanunu pozmasına şərait yaradır. Beləliklə, məmurlar qanunla deyil, bir-birilə problemlərini həll edərək, bağlayaraq, gizlədərək vətəndaşı daha çox incidirlər. Bunun aradan qaldırılmasının yeganə yolu şəffaflıq, idarəetmədə bu tipin neqativlərini aradan qaldırmaqdan və korrupsiyanın, rüşvətin yox edilməsindən keçir”.

Xəbər 1292 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +