İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.10.2021  12:30 

Robert Köçəryan yenidən meydana qayıdır





A+  A-

Ermənistan müxalifəti xüsusilə, R. Koçaryanın rəhbəri olduğu "Hayastan" bloku və N. Paşinyanın Moskvada Azərbaycan prezidenti ilə danışıqlar prosesində ərazi güzəştlərinə gedəcəyi bəhanəsi ilə, mitinqlərə start verib. R. Koçaryana dəstək "Daşnaksityun" partiyasindan İşxan Saqatelyan dəstək verir.

Təbii ki, bu kimi mitinqlərlə hakimiyyətə qarşı təzyiq mümkün olmayacaq. Həmçinin, bununla R. Koçaryan əhalinin aktiv dəstəyini ala bilməyəcək. Parlament seçkilərində Kocayan hesab edirdi ki, parlament tribunasından ana müxalifət olaraq N.Paşinyana qarşı mübarizə aparacaq və konkret nailiyyətlər əldə edəcək.

Parlamentdə fraksiya rəhbəri S.Ohanyanın bir neçə təxribatlara əl atması və blokun depudatların etirazları da səmərəli olmadi. Hayastan fraksiyasının bütün təxribatları İqtidar partiyası tərəfindən qarşısı alındı. Bununlada R. Koçaryanın parlament mübarəlizəsi fiaskoya uğradı.

Növbəti dəfə yenidən meydana qayıdır. Bu dəfə N. Paşinyanın ölkəsinin sülhə və iqtisadi blokadadan çıxmaq siyasətinə qarşı etiraz edir. Azərbaycan və Türkiyə münasibətlərin normallaşmasına qarşı çıxır. R. Koçaryanın bu siyasəti, arxalandiğı nə Rusiya dəstəkləyəcək, nə də artıq sıradan çıxmaq üzrə olduğu "Qarabağ" klanı. Ona görə də R. Koçaryanın Daşnaklarla birgə bu fiaskoya uğramış mübarizəsi də nəticəsiz başa çatacaq.
Ümumiyyətlə, regionda yeni bir geosiyasi reallıqlar yaranıb. Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir.R. Koçaryan sadəcə bununla çalışır ki, nəyəsə nail olsun. Amma, bununla özünün siyasi girdaba yuvarlanmasina səbəb olacaq.

Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi Yerevan üçün məcburidir.

Əks təqdirdə isə, Ermənistan siyasi-iqtisadi defolta məhkum olar.

Azərbaycanın yaratdığı yeni siyasi nizam Ermənistan üçündə yeni əlverişli şərait yaradır. Yerevan bundan yararlanmaq istəməsə, Azərbaycan güc yolu ilə öz maraqlarını təmin edəcək.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq



Xəbər 897 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +