İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.10.2021  14:46 

Nizamnamə kapitalı 4 manat, qalib gəldiyi tenderin məbləği isə 630 min manat olan şirkət kimindir?





A+  A-

Göyçay rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Həyat Rezidence Constraction” MMC (VÖEN-3901561481) olub.

"Həyat Rezidence Constraction” MMC Göyçay rayon İcra Hakimiyyəti sifarişi əsasında Göyçay şəhərində yolların təmiri işlərini həyata keçirəcək.

Qeyd olunan işlərin həyata keçirilməsi üçün İcra Hakimiyyəti "Həyat Rezidence Constraction” MMC -yə 630 min 420 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Həyat Rezidence Constraction” MMC 24.10.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 4 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonunun Təzəkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Murad Əli oğludur.

Nizamnamə kapitalı cəmi 4 manat olan və 630 min manatlıq tenderin qalibi olan şirkətlə bağlı açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.



Adının yarısı Azərbaycan, yarısı ingilis dilində olan "Həyat Rezidence Constraction” MMC-yə məxsus yeganə məlumat “azhr-construction.com” saytının mövcud olmasıdır.
Maraqlıdır ki, şirkətin saytında indiyə kimi 36-dan çox layihə icra etdikləri bildirilsə də, heç bir layihə haqqında məlumat verilməyib. Ümumiyyətlə saytda şirkət barəsində bir-neçə cümləlik məlumatdan başqa heç bir informasiyaya rast gəlmək olmur. Hətta şirkətin saytında əlaqə telefonu belə mövcud deyil.



Onu da qeyd edək ki, "Həyat Rezidence Constraction” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 171 min 582 manat 79 qəpik borcunun olduğu bildirilir.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil./Yeniavaz.com/

Xəbər 2295 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +