İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.06.2021  16:22 

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir - Qarabağ müzakirə olunacaq





A+  A-

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
XəzərNews.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müzakirə edilməsidir.

Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.

İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.

İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasının müzakirə edilən digər məsələ Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.

Xəbər 1598 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +