İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.05.2021  16:50 

“Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.
XəzərNews.az xəbər verir ki, yeni dəyişikliklə dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

Əvvəllər isə sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınırdı.

Qanun layihəsinə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər 2185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +