İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.04.2021  11:43 

“Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi” - Paşinyan





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlament iclasında Qarabağda müharibənin qızğın vaxtında, xüsusən Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı gedən müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında separatçıların “başçı”sı Arayik Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşmələr aparıb, vəziyyəti təhlil edərək ağır güzəştlər daxil olmaqla kapitulyasiyaya getmək qərarı verib.

Paşinyan qeyd edib ki, həmin görüşdə Ermənistan Prezidenti və Bütün Ermənilərin Katolikosu da iştirak edib.

İclasdan sonra o, Rusiya Prezidentinə zəng edərək, Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan 5+2 formuluna əsasən bölgələrin Azərbaycana qaytarılması şərti ilə sülh istədiyini bildirib.

“Vəziyyəti Rusiya Prezidenti ilə ətraflı müzakirə etdik və tam bir razılaşma əldə etdik. Bilirsiniz ki, azərbaycanlı qaçqınlarla bağlı bir məsələ var idi. Dedim ki, bu məsələ bir növ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu məsələyə dair heç bir etirazımız yoxdur”, - deyə Paşinyan qeyd edib.

Bundan sonra Prezident İlham Əliyevlə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin Bakının Hadrut bölgəsini qaytarmaq tələbini qəti şəkildə rədd etdiyini və eyni zamanda , Şuşa da daxil olmaqla qaçqınların qayıtmasından asılı olmayaraq Qarabağın statusu məsələsinin qaçqınlar məsələsi ilə əlaqələndirilməməsini tələb etdiyini bildirib.

Bundan əlavə, N. Paşinyan bildirib ki, rəsmi Bakı yeddi bölgənin 5 + 2 formulu ilə deyil, hamısının eyni vaxtda geri qaytarılmasını tələb edib. Baş nazir bunun yeni bir detal olduğunu, əvvəllər bu barədə danışmadığını söyləyib. Qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin gündəliyə salınmasına da qəti şəkildə qarşı çıxıb.



Xəbər 1992 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +