İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.02.2021  11:19 

26 yaşlı qazi 4 aydır komadadır





A+  A-

“Vətən müharibəsi qazisi, 26 yaşlı Nurlan Əbilov 4 aydır ki, komadadır. Vəziyyəti gündən-günə geriyə doğru gedir. Bəlkə də, xaricdə müalicə olunsa, sağalar. Xahiş edirik, bizə kömək edin”.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya qazinin həyat yoldaşı Aydan Əbilova danışıb. Onun sözlərinə görə, həyat yoldaşı Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. Evin tək övladı olan Nurlanın sağalacağı günü səbirsizliklə gözləyən iki azyaşlı oğlu var: “Nurlan müharibə başlayanda ordu sıralarına çağırılıb. Arada telefonla danışırdıq, amma bizə yerini demirdi. Sonuncu dəfə oktyabrın 7-də qardaşımla danışıb, uşaqları ona tapşırıb. 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. 3 və 5 yaşında oğullarımız var. Kiçik oğlum təzə danışır, çox şeyi başa düşmür. 5 yaşlı oğlumuzu isə saxlaya bilmirik, atasını istəyir...”

Qazinin həyat yoldaşı bildirir ki, bir aydan artıqdır Nurlanın müalicə üçün xaricə aparılacağı deyilir: “Xəstəxanadan narazı deyilik, deyə bilmərəm ki, Nurlana baxmırlar. Amma səhhəti getdikcə geri gedir. Deyirlər xaricə aparacaqlar, sənədlər hazırdır. Bir aydan çoxdur bu sözü eşidirəm. Həkimlərdən soruşuram ki, biz hər şeyə hazırıq, başqa şey varsa bizə deyin. Amma heç nə demirlər.”

Qazinin xanımı deyir ki, Nurlan Əbilov BDU-nun coğrafiya fakültəsini bitirib. Anası xəstə olduğuna görə təhsilini bir müddət dondurub, diplomunu ala bilməyibmiş. Qəhrəmanımızın diplomunu ailəsinə o döyüşdə olanda göndəriblər, Nurlan hələ də o diplomu görə bilməyib...

Məsələ ilə bağlı YAŞAT Fonduna müraciət etdik. Fonddan bildirildi ki, şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri Fondun diqqət mərkəzindədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılır, əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər fond tərəfindən qarşılanır:

“Hazırda saytımızda 2020-ci il 27 sentyabr tarixindən başlayaraq ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralanan şəxslərin qeydiyyatdan keçirərək müraciətlərini yerləşdirmələri üçün imkan yaradılıb. Elektron qaydada müraciət etmək üçün https://yashat.gov.az/ saytında qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat zamanı çətinlik yaranırsa, 8110 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür”.

Xəbər 2484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +