İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.08.2020  10:09 

Belarusda seçkisonrası etirazlar - 80-dən çox şəxs saxlanıldı





A+  A-

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb.
XəzərNews.az xəbər verir ki, davam edən etirazlarda 80-dən çox şəxs saxlanılıb. Güc strukturlarının nümayəndələri etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan, həmçinin səs qumbaralarından istifadə ediblər.

“Xahiş edirəm, təxribatlara və ictimai asayişin pozulması yönündə çağırışlara yol verməyin. Hüquq-mühafizə orqanları konstitusiya quruluşunu qorumaq üçün bütün mümkün tədbirləri görəcək”,- deyə Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç bildirib.

Bu gün səhər isə iğtişaşlar faktı ilə cinayət işləri açılıb. Onların iştirakçıları və təşkilatçıları 8 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.

Qeyd edək ki, dünən Belarusda keçirilən prezident seçkilərində hazırki Prezident Aleksandr Lukaşenko 81 faiz səs toplayaraq qalib olub. Müxalif namizəd Svetlana Tixanovskaya isə yalnız 8 faiz səs toplaya bilib.



Xəbər 1808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +