İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


29.10.2019  11:09 

Elman Rüstəmovdan ETİRAF: “Mənə yaxşı qulaq asmadılar“





A+  A-

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Oktyabr-ın 25-də İdarə Heyətinin növbəti faiz qərarının ictimaiyyətə elan edilməsinə həsr olunmuş mətbuat konfransında istehlak kreditlərinin biznes kreditlərindən daha sürətli artmasını da şərh edib.
XəzərNews.az-ın “Marja”ya istinadən məlumatına görə, ekosistemdə bir çox problemlərin olduğunu qeyd edən Elman Rüstəmov, bu problemlərin real sektordakı problemlərdən, biznes mühitindəki problemlərdən və bank sektorundakı problemlərdən ibarət olduğunu bildirib.

İlk öncə real sektordakı problemlərdən danışan Mərkəzi Bankın sədri bildirdi ki, kölgə iqtisadiyyatı şəffaflaşmalıdır: “Şəffaf olmayan biznesin banklardan kredit götürmək imkanı azdır. Hüquqi baxımdan, şirkət və ya fərdi sahibkar banka gəldikdə tələb edilən müəyyən sənədləri, auditor rəyini təqdim edə bilmirlər. Bir çoxunun normal balansları belə yoxdur. Banklar müraciət edən biznesin maliyyə vəziyyətini qiymətləndirə bilmir. Qeyri-rəsmi işləmələri real sektorun bank sektoruna inteqrasiyasını çətinləşdirir”.

Azərbaycanda məmurlar bizneslərə təzyiq və müdaxilələr edirlər. Biznes maraqları olan dövlət məmurları rəqibləri sıradan çıxarırlar. Bu cür hallar banklar üçün risklərdir, eyni zamanda, real sektorun kreditə təlabatını azldır.

“Biznes mühitində olan problemlər (məmurların bizneslərə müdaxilələri və s.) təbi ki, kreditlərə olan təlabatı azaldan faktordur. Məhkəmə islahatlarının aparılmasına başlanılıb. Kredit verənlərin və kredit götürənlərin hüquqlarının ciddi və obyektiv müdafiəsinə ehtiyacı var. Məhkəmə islahatları investorların maraqlarının müdafiəsinə, mülkiyyətin qournmasına, müqavilələrin yerinə yetirilməsinə yönəldiləcəkdir. Məhkəmə islahatlarının ölkəmizdə biznes mühitinin yaxşılaşmsına böyüh töhfəsi olacaqdır”,- Elman Rüstəmov bildirdi.

Mərkəzi Bankın sədri qeyd etdi ki, biznes kreditlərin sürətli artmamasına görə, yalnız bankları günahlandırmaq doğru deyil:

“Uzun illərdir banklar tərəfindən qaldırılan məsələ var: Girovların reallaşdırılması prosesinin sadələşdirilməsi, vaxtın azaldılması. Girovların reallaşdırılması uzun müddət çəkir. Banklar kreditləri əmanətlərin hesabına verirlər. Pis kredit olub, girovlar götürülüb, amma əmanətlər üzrə faizlər ödənilməkdə davam edir. Bu bank üçün böyük itkidir. Bank maraqlıdır ki, tez bir zamanda götürdüyü girovları reallaşdırsın, verdiyi vəsaitin hamısını və ya bir hissəsini bərpa etsin, yenidən həmin vəsaiti kreditləşməyə yönəltsin”.

Mərkəzi Bankın sədri vurğulayıb ki, bank sektorunda çox böyük likvidlik (profisit) var: “Pul var, amma banklar bu vəsaitləri real sektora verə bilmirlər. Bankları qazanmaq istəməmələrinin yaqin ki, çox ciddi bir səbəbləri var. Bankları günahlandırmaq olmaz. Problemlər kifayət qədərdir. Hökumət, Mərkəzi Bank, banklar və real sektor bir platformada birləşib dialoq təşkil edəcəyik. Bu dialoq nəticəsində problemləri aşkara çıxaracağıq. Nə üçün real soktor ilə bank sektoru arasına əlaqələri qura bilmirik”.

Mərkəzi Bankın sədri, “biz islahatlar və təşviqlər vasitəsilə bankların biznes modelini dəyişdirməliyik. Bankları real sektoru kreditləşdirməyə maraqlı etməliyik”,- deyib.

KREDİTİN FAİZİ ARTDIQCA ONUN GERİ QAYITMASI ÇƏTİNLƏŞİR

Elman Rüstəmov depozit faizləri ilə kredit faizləri arasında kəskin fərqə də aydınlıq gətirib:

“İstehlak kreditlərinin böyük bir hissəsi təminatsız kreditlərdir, girov bazası yoxdur. Bu kreditlər yüksək faizlər ilə verilir, kredit nə qədər yüksək faizlər ilə verilirsə onun geri qaytması çətinləşir.

Banklar bir çox riskləri və xərcləri faizlərə əlavə edirlər. Məsələn, artıq qeyd etdiyim girovlar məsələsi. Verdiyin kredit 1 ildən sonra qayıtmırsa və onun götürülən gorivunun reallaşdırılmasına 5 il vaxt gedirsə, təbii ki, belə hal kredit faizlərini artırmalıdır”.

Elman Rüstəmov qeyd edəb ki, monetar siyasətin yumuşaldılması (uçot dərəcəsinin azaldılması) biznes kreditlərinin ucuzlaşmasında özünü göstərməkdədir: “İlin əvvəlindən bəri biznes kreditlərində orta faiz dərəcəsi 16,2%-dən 11,1% dək düşüb. İstehlak kreditlərdə isə bunu müşahidə etmirik, təxminən eyni səviyyədə qalıb”.

“BANKLAR ÜÇÜN UCUZ PUL MƏNBƏSİ TAPILMALIDIR”

Elman Rüstəmov, “Bankların ucuz vəsait cəlb etmələri üçün mənbələr yoxdur, kreditlər əsasən əmanətlər hesabına verilir” deyərək sözlərinə belə davam edib:

“Çox vaxt bildirirlər ki, “Mərkəzi Bank banklara kreditlər verməlidir”. Bu Mərkəzi Bankın ixtisası deyil. Bizim kredit portfelimiz olduqca kiçikdir. Mərkəzi Bank banklara likvidlik məqsədilə vəsaitlər verə bilər ki, onlar hesablaşmaları apara bilsinlər. Biz əlavə ucuz resurs mənbələri tapmalıyıq, bu isə daha mürəkkəb məsələdir. Bu istiqamətdə işləmək lazımdır”.

“MƏNƏ YAXŞI QULAQ ASMADIQLARINI ETİRAF ETDİLƏR”

Elman Rüstəmov biznes kreditlərinin artmasına əngəl olan bankdaxili problemlərə də toxunub;

“Banklar ekosistemin tərkib hissəssidir. İllərdir çalışırıq normal risklərin qiymətləndirilməsi yaradılısın. Bankların çox zəif risk menecmetləri var. Mən bankirlər ilə söhbətlərimdə dəfələrlə onlara istehlak kretilərinə üstünlük verməməyi tövsiyə etmişdim. Həssaslıqlar, risklər var, onları qiymətləndirmək lazımdır. Makroiqtisadi risklər, dünyada gedən proseslər, neftin qiyməti və s. nəzərə alınmalıdır. Devalvasiyalardan sonra, bir sıra bankların rəhbərləri mənə yaxşı qulaq asmadıqlarını etiraf etdilər”.

Elman Rüstəmov valyuta riskləri, texnoloji riskləri də olduğunu da qeyd edib.

Təcrübəli bankirin sözlərinə görə digər bir problem bank kadrlarının keyfiyyətidir:

“Bu istiqamətdə son illər olduqca böyük irəliləyiş var. Azərbaycanda müasir bank kadrları yoxdur; yaranıbdır, amma bütövlükdə onların qəbul etdikləri risklər, risk idarəetmə qabiliyyətləri ayrı-ayrı banklarda çox fərqlidir”.

Əlavə edək ki, mükəmməl sığorta sisteminin olmaması da biznes kreditlərinin sürətli artmasına əngəl olur.

Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +