İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.06.2019  21:07 

“Kamillik” İB Şurasının dəstəyi ilə maarifləndirmə tədbiri keçirib





A+  A-

İyunun 11-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin reallaşdırdığı “Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə KİV-lərin və QHT-lərin nümayəndələri, “Astara” qəzetinin əməkdaşları, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

XəzərNews.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

Sonra tədbir iştirakçıları Astaraya həsr olunan videoçarxa baxıblar.

Maarifləndirmə tədbirində “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevin məruzəsi dinlənilib.

Azərbaycançılıq ideologiyasının iki təməl prinsipi - “dövlətçilik” və “vətənpərvərliyi” özündə birləşdirdiyini vurğulayan N.Niftiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhranın bir neçə səbəbi var idi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığının baş qaldırması ilə yanaşı, həmin dövrdə respublikamızda milli-etnik ixtilaf, bölücülük meyilləri də güclənmişdi. Bu isə ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Belə bir dövrdə ümummilli lider Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi böyük rəhbərin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq məfkurəsi ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu.

Astara rayonunu multikultural məkan adlandıran N.Niftiyev burada İslam dininin iki məzhəbinin nümayəndələrinin mehriban, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Etnik məsələlərdən yazan jurnalistlərin işlərinə daha məsuliyyətlə yanaşmağının vacibliyini vurğulayan N.Niftiyev bu mövzular işıqlandırılarkən azərbaycançılıq ideologiyasının ön planda olmasının vacibliyini bildirib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında ölkəmizdə azərbaycançılıq məfkurəsinin formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq qeyd edib ki, azərbaycançılıq ölkəmizdə yaşayan xalqların və etnik qrupların sıx birliyini təcəssüm etdirən məfkurədir. İmkan verilməməlidir ki, kimsə bu birliyi pozsun.

Tədbirdə çıxış edən Əməkdar müəllim Heybət Hüseynov, “Astara” qəzetinin əməkdaşı Azər Abdullayev, təqaüddə olan dövlət qulluqçusu Kamil Kamilov və başqaları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.










Xəbər 1066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +