İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.04.2019  15:32 

İntihar edən Elinanın məktəb direktoru ilə bağlı qərar verildi





A+  A-

Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova rəsmi olaraq işdən çıxarılıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib. Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Bildirək ki, Elina Hacıyeva təhsil aldığı məktəbdə intihar edib. Bir neçə gündür bu hadisə ölkə gündəmində böyük rezonans doğurub.

Xəbər 1198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +