İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.09.2018  14:54 

Xarici ticarətlə məşğul olan şəxslərin nəzərinə





A+  A-

"2019-cu ilin yanvar ayından qısa idxal bəyannaməsi əsasında ölkə ərazisinə idxal olunan malların ilkin qeydiyyatının və risklərin aparılması planlaşdırılır ki, bu da sərhəddə vaxt itkisinin minimuma endirilməsinə gətirib çıxaracaq".
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək: "Aparılan genişmiqyaslı struktur islahatları, davamlı olaraq vəzifələrə daha bacanrıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı idarəetmənin çevikliyi, eyni zamanda, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək.

Xarici ticarətlə məşğul olan şəxslər arasında aparılan davamlı maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və ya qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir. Bu kimi halların qarşısının alınması məqsədilə artıq müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub".

O həmçinin bütün xarici ticarət ilə məşğul olan şəxsləri gömrük qanunvericiliyinə riayət etməyə çağırır: "Xarici ticarətlə məşğul olan şəxslər qanunvericiliyə riayət etməklə idxal və ya ixrac etdikləri mallar barədə düzgün məlumatları bəyan etməyə çağırırıq. Gətirilən malların çeşidi ,sayı və texniki göstəriciləri, eləcə də dəyəri barədə düzgün məlumat verməyən şəxslərlə bağlı ciddi cəza tədbirləri görüləcək".

Xəbər 1428 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +