İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.09.2018  13:22 

“Hacı Mazan” Bakıda “bomba” basdırıb? - Dövlət qurumu təhlükəli vəziyyətlə bağlı hərəkətə keçdi





A+  A-

Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, iş adamı Yeni Yasamal qəsəbəsində inşa etditdiyi binanın arxasından keçən qaz, işıq və su xətlərini torpağın altına basdırıb.

Vaxtilə bu xətlərin hamısı yerin üstü ilə çəkilsə də, "Hacı Mazan” yeni qeyri-yaşayış obyektləri tikmək və satışa çıxarmaq üçün qaydaları yararaq, yerin səthini təxminən 5 metr aşağı endirib. Bu səbəbdən qaz, işıq və su kəmərlərinin yeri dəyişdirilib. Beləliklə, yerin üstü üçün nəzərdə tutulmuş xətlər, o cümlədən təhlükəli qaz xətti yerin altına basdırılıb.



Qeyd edək ki, həmin ərazi qayalıq olduğundan, qaz sızması böyük faciəyə səbəb ola bilər. Belə ki, qayalıqda qaz sızması özünü büruzə vermir və sızan qaz qayaların arası ilə geniş əraziyə yayılır.

Artıq "Azəriqaz” İstehsalat Birliyi yaranmış təhlükəli vəziyyətlə bağlı hərəkətə keçib. İB-nin əməkdaşları bir neçə gündür, əraziyə baxış keçirir, ölçü işləri aparır. Təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib.

"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məsələ ilə bağlı bildirib ki, bu məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.



Xəbər 2326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +