İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.07.2018  13:31 

Qalstukun zərərli təsirləri - XƏBƏRDARLIQ





A+  A-

Almaniyanın Şelzvik-Qolşteyn universitet xəstəxanasının tədqiqatçıları qalstukların kişi orqanizminə təsirini araşdırıblar.
XəzərNews.az “Neuroradiology” jurnalına istinadən xəbər verir ki, araşdırma nəticələrinə görə qalstuklar sözün hərfi mənasında kişiləri boğur.

Alimlər 30 gənc üzərində MRT vasitəsi ilə qalstuku geyinmədən öncə, qalstukla və sonra beynin qan dövranını müşahidə ediblər.

Təcrübə iştirakçılarının 15 dəqiqə ərzində qalstuk taxmaları onların beyin qan dövranına nəzərə çarpacaq dərəcədə təsir edib.

Müşahidələr nəticəsində məlum olub ki, hətta elə kiçik bir zamanda qalstuk taxmaq beyinin qan dövranını 7,5 % aşağı salır.

Tədqiqatçılar bu nəticələrin iş sahibləri tərəfindən tabeliyində olanlar üçün şərtlər qoyulan zaman nəzərə alınacağına ümid edirlər.

Qeyd edək ki, bundan əvvəl də qalstuk taxmağın gözün daxili təzyiqini artırdığı araşdırmalar vasitəsi ilə təsdiq edilib.

Xəbər 885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +