İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.08.2017  22:31 

Azərbaycanlı biznesmenin hoteli bağlanıb? - Bir zamanlar “Dünyanın ən lüks hoteli” idi...





A+  A-

2009-cu ildə Antalyanın Kundu bölgəsində azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollara təsis olunan, 2010-cu ildə “World Travel Awards”da “Dünyanın ən lüks hoteli” seçilən “Mardan Palace Hotel” biznesmenin borclarına görə çətin günlər yaşayır.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hoteldə otaqları bron etmək müvəqqəti olaraq dayandırılıb. Belə ki, müştərilərə hotelin bağlı olduğu və rezervasiyanın qəbul edilmədiyi bildirilir.

Hotelin baş icraçı direktoru Səlçuq Şahin isə müəssisənin hazırda fəaliyyət göstərdiyini söyləyib: “Mən hazırda hoteldəyəm və hotel fəaliyyətədir. Təbii ki, sıxıntılarımız var, amma hotelimiz bağlı deyil. Açıq qalacaq, bağlanmayacaq da...Çünki biz turizm tarixinin ən yaxşı hotellərindən biriyik. Bu sıxıntılar müvəqqətidir. Hoteli heç vaxt bağlamağı düşünmürük”.

S. Şahinin sözlərinə görə, hotel müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcək.

Xəbər 877 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +